Azad edilmiş ərazilərdə daha 330 mina, 450 PHS aşkarlanıb » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
30 
sen
2024
16:50

Azad edilmiş ərazilərdə daha 330 mina, 450 PHS aşkarlanıb

30 sen, 2024
16:50
976

Azad edilmiş ərazilərdə daha 330 mina, 450 PHS aşkarlanıb

İşğaldan azad edilmiş ərazilərdə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) tərəfindən icra olunan əməliyyatlar barədə həftəlik məlumat (23.09.2024 - 29.09.2024) açıqlanıb.

ANAMA-dan Sizinxeber.az-ya verilən məlumata görə, Tərtər, Ağdam, Ağdərə, Laçın, Füzuli, Şuşa, Xocalı, Xankəndi, Kəlbəcər, Xocavənd, Cəbrayıl, Qubadlı və Zəngilanda 113 piyada əleyhinə mina, 217 tank əleyhinə mina, 450 Partlamamış Hərbi Sursat (PHS) aşkarlanıb.

Bildirilib ki, 1 128,1 hektar ərazi mina və PHS-lərdən təmizlənib.

Bizimlə əlaqə saxlayın