Zakir Həsənov və Kərim Vəliyev Azərbaycanda səfərdə olan türkiyəli şəhid ailələrinin üzvləri ilə görüşüb
Müdafiə naziri general-polkovnik Zakir Həsənov və müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev “YAŞAT” Fondunun dəvəti ilə ölkədə səfərdə olan türkiyəli şəhid ailələrinin üzvləri ilə görüşüb.
Müdafiə Nazirliyindən "Sizinxeber.az"a verilən məlumata görə, Azərbaycan və Türkiyə şəhidlərinin xatirəsinin daim uca tutulduğunu qeyd edən nazir hər iki ölkə başçısının müvafiq göstərişlərinə əsasən, şəhid ailələrinə xüsusi həssaslıqla yanaşıldığını, onların mnütəzəm diqqət və qayğı ilə əhatə olunduğunu vurğulayıb.
Görüş zamanı qarşılıqlı ziyarətlərin təşkilinin iki ölkə arasında mövcud dostluğun, əməkdaşlığın daha da inkişaf etdirilməsi və əlaqələrin möhkəmləndirilməsinə xidmət etdiyi qeyd olunub.
Qeyd edək ki, qonaqlar səfər çərçivəsində Azərbaycanın qədim və müasir memarlığının ahəngini özündə birləşdirən tarixi və mədəni abidələrlə zəngin məkanları ziyarət edərək ölkənin şanlı tarixi və zəngin mədəniyyəti ilə yaxından tanış olurlar.
Oxşar xəbərlər
Kərim Vəliyev İtaliyanın müdafiə naziri ilə görüşüb
Zakir Həsənov türkiyəli həmkarı ilə əməkdaşlığın inkişaf perspektivlərini müzakirə edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bu yaşdan sonra sürücülük vəsiqəsi verilməyəcək?
-
Uşaqların sosial şəbəkələrdə qeydiyyatı qanunla tənzimlənəcək
-
NASA astronavtlara hava sızması səbəbindən mümkün təxliyəyə hazırlaşmaq göstərişi verib
-
Şimali Koreya lideri yeni esminesin dəniz sınaqlarını yoxlayıb
-
Finlandiya immiqrantlar üçün işsizlik müavinətlərini azaltmağı planlaşdırır
-
Azərbaycanda ilk qabaqcıl su idarəetmə və su ölçmə texnologiyası Ağstafada istifadəyə verilib

