Azərbaycandan xarici ölkələrə səfər edənlərin sayı 19 % artıb
Bu ilin yanvar-sentyabr aylarında xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının ümumi sayı 2023-cü ilin eyni dövrü ilə müqayisədə 18,9 % artaraq 1 milyon 647,1 min nəfər olub.
"Sizinxeber.az" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, İrana gedən ölkə vətəndaşlarının sayı 36,6 %, Rusiya Federasiyasına 15,2 %, Gürcüstana 14,3 %, Türkiyəyə 12,2 % artlb.
Azərbaycan vətəndaşlarının 42,1 %-i Türkiyəyə, 20,5 %-i Rusiyaya, 8,7 %-i Gürcüstana, 8,5 %-i İrana, 20,2 %-i digər ölkələrə səfər edib.
Gedənlərin 64 %-i kişilər, 36 %-ni qadınlar təşkil edib.
2024-cü ilin yanvar-sentyabr aylarında xarici ölkələrə səfər edən Azərbaycan vətəndaşlarının 69,8 %-i hava, 28 %-i dəmir yolu və avtomobil, 2,2 %-i isə dəniz nəqliyyatından istifadə edib.
Oxşar xəbərlər
Azərbaycandan turist axını 23 % artıb
Azərbaycandan turist axını 21 % artıb
Azərbaycandan Türkiyəyə turist axını 500 min nəfəri ötüb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Tramp üzr istəsin, rəsmi danışıqlara qayıdaq - İrandan şərt
-
DÇ-2026: Uruqvay - Kabo Verde oyununda hesab yenidən bərabərləşib - YENİLƏNİR-6
-
DÇ-2026: Belçika - İran oyununda ikinci hissə başlayıb - YENİLƏNİR-2
-
"Axios" ABŞ və İran arasında İsveçrədə keçirilən danışıqların təfərrüatlarını açıqlayıb
-
Günəşdə güclü partlayış oldu
-
DÇ-2026: Belçika - İran oyununda ilk hissə bitib - YENİLƏNİR
