Türk Dövlətlərinin Xizək Kurortları İttifaqı yaradılıb
sizinxeber.az xəbər saytı

Türk Dövlətlərinin Xizək Kurortları İttifaqı yaradılıb


Bu gün İstanbul şəhərində Türk Dövlətlərinin Xizək Kurortları İttifaqınının yaradılmasına dair memorandum imzalanıb.

"Report" xəbər verir ki, bu barədə Dövlət Turizm Agentliyinin tabeliyindəki “Şahdağ Turizm Mərkəzi" QSC məlumat yayıb.

Sənədə əsasən, İttifaqa ilk iki illik müddətə sədrlik və baş katiblik Azərbaycana verilib.

Tədbirdə Azərbaycan (“Şahdağ Turizm Mərkəzi"), Türkiyə ("Ulu Dağ"), Özbəkistan ("Amirsoy") və Qazaxıstanın ("Şımbulak") dağ kurortlarının nümayəndələri iştirak ediblər. Görüşdə iştirakçı dövlətlərin nümayəndələri rəhbərlik etdikləri dağ kurortlarının potensialı və turist cəlbediciliyi baxımından imkanları ilə bağlı təqdimatla çıxış ediblər.

Tədbir çərçivəsində turizmin tərəqqisi fonunda dağ kurortlarının inkişafı, mərkəzlər arasında əməkdaşlıq əlaqələrinin inkişafı, iş birliyinin yardılması, turistlər üçün cəlbediciliyin artırılması, birgə layihələrin hazırlanması, informasiya və təcrübə mübadiləsinin aparılması, eləcə də peşəkar mütəxəssislərin formalaşdırılması üçün təlim proqramlarınn yaradılması, marketinq strateqiyasının hazırlanması, birgə tədbirlər keçirilməsi, vahid keçid kartlarının (ski pass) yaradılması, İttifaqın tərkibinin genişləndirilməsi və bir sıra digər məsələlər müzakirə olunub.

Görüşdə həmçinin Türk Dövlətləri Təşkilatının “Türk baxışı - 2040” və “Türk Dövlətlərinin 2022-2026-cı illər üçün İnkişaf Strategiyası”na əsasən türk dövlətlərində turizmin inkişafı ilə bağlı məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.

Oxşar xəbərlər

Azərbaycan Serbiya ilə turizmin inkişafı üzrə memorandum imzalayacaq
"Şahdağ Turizm Mərkəzi"nin yığılmış zərəri 100 milyon manatı keçib
Azərbaycan və Qazaxıstanın turizm assosiasiyaları arasında Əməkdaşlıq Memorandumu imzalanıb
"Şahdağ Turizm Mərkəzi" sığortaçı seçib
Azərbaycan və Albaniya turizm sahəsində əməkdaşlıq istiqamətlərini müəyyən ediblər

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle