Azərbaycanda 3 ulduzlu hotellərdə orta qiymət 26 % artıb
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycandakı 3 ulduzlu hotellərdə onlayn bronlaşdırma sistemi olan booking.com üzrə bir gecə qalmaq üçün orta qiymət 83,1 manat təşkil edib.
“Report” Dövlət Turizm Agentliyinin hesabatına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 26,1 % çoxdur.
Hesabat dövründə ən yüksək qiymət 128,3 manat olmaqla Qubada qeydə alınıb. Bu, 1 il əvvələ nisbətən 17,7 % azdır.
İkinci yerdə 115,4 manat olmaqla Qəbələ qərarlaşıb. Bu, illik müqayisədə 70,7 % çoxdur.
3 ulduzlu hotellər arasında üçüncü yeri isə 115 manat olmaqla Şamaxı tutub. Bu rayonda ötən ilin eyni dövründə 3 ulduzlu hotel olmayıb
Naxçıvanda 3 ulduzlu hotellərdə bir gecə qalmaq üçün 97,5 manata (+ 8,3 %), Astarada 86,3 manata (ötən ilin eyni dövründə rayonda 3 ulduzlu hotel olmayıb), Bakıda 82,6 manata (+26,4 %), İsmayıllıda 75 manata (- 15,7 %), Gəncədə 73,1 manata (+ 40,5 %), Lerikdə 70 manata (ötən ilin eyni dövründə rayonda 3 ulduzlu hotel olmayıb), Şəkidə 68,8 manata (+ 6,9 %), Qusarda 65,8 manata (- 21,6 %), Naftalanda 50 manata ( qiymət dəyişməyib), Mingəçevirdə 47 manata (- 16 %), Qaxda 45 manata (- 15,2 %) , Oğuzda 40 manata (+ 11,1 %) başa gəlib.
Oxşar xəbərlər
Azərbaycandakı 5 ulduzlu hotellərdə orta qiymət 33 % artıb
Azərbaycanda avqust ayında sutkalıq kirayənin orta qiyməti açıqlanıb
Azərbaycanın sığorta bazarı 9 % böyüyüb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Pezeşkian müharibənin dayandırılmasında köməyə görə Pakistana təşəkkür edib - YENİLƏNİB
-
Navrotski Zelenskinin Ağ Qartal Ordenindən məhrum edilməsi qərarına aydınlıq gətirib
-
"Neftçi" 3x3 basketbol üzrə Dünya Seriyasının Sumqayıt mərhələsində 1/4 finala yüksəlib
-
DÇ-2026: Almaniya - Fildişi Sahili oyununda ikinci hissə başlayıb - YENİLƏNİR-3
-
Altıncı "Yüksəliş" müsabiqəsinin idarəetmə bacarıqları imtahanının nəticələri elan olunub
-
İran nümayəndə heyəti İsveçrəyə gedib
