Respublika Şahmat Mərkəzinə direktor təyin edilib
sizinxeber.az xəbər saytı

Respublika Şahmat Mərkəzinə direktor təyin edilib


Respublika Şahmat Mərkəzinə yeni direktor təyim edilib.

Sizinxeber.az-nın xəbərinə görə, Gənclər və İdman Naziri Fərid Qayıbovun əmri ilə bu vəzifə Elşən Məmmədova həvalə olunub.

E.Məmmədov yeni təyinatadək Qusar Olimpiya İdman Kompleksinə iki il rəhbərlik edib.

Daha əvvəl isə o, 23 ilədək idman jurnalisti kimi "Şərq" və "Futbol+" qəzetləri, Sizinxeber.az Sport, Lent.az və "Report" agentliklərində müxbir və redaktor kimi çalışıb. 2020-ci ildə Prezident İlham Əliyevin sərəncamı ilə "Tərəqqi" medalına, 2016-cı ildə isə Gənclər və İdman Nazirliyi tərəfindən "İlin idman jurnalisti" adına layiq görülüb.

E.Məmmədov eyni zamanda İdman Araşdırmalar Mərkəzinin rəhbəri kimi ardıcıl 10 dəfə "İlin Qalibləri" layihəsini, həmçinin minifutbol və voleybol üzrə Zəfər Kuboku turnirlərini təşkil edib.

Oxşar xəbərlər

"Formula 2": Sprint yarışının qalibi mükafatlandırılıb
"Beşiktaş"ın prezidentinin sürücüsü jurnalisti döyüb
İlin ən yaxşı məşqçiləri bəlli olub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər