"Sabah"ın baş məşqçisi: "Komanda üzvlərinə çempionluq mübarizəsində çəkdikləri əziyyətə görə təşəkkür edirəm"
sizinxeber.az xəbər saytı

"Sabah"ın baş məşqçisi: "Komanda üzvlərinə çempionluq mübarizəsində çəkdikləri əziyyətə görə təşəkkür edirəm"


"Sabah"ın baş məşqçisi Rimas Kurtinaytis Azərbaycan Basketbol Liqasının final seriyasında "Neftçi"yə qalib gələrək (83:78) çempion olduqları oyunu şərh edib.

"Sizinxeber.az" xəbər verir ki, mütəxəssis klubun mətbuat xidmətinə açıqlamasında yarışın çətin keçdiyini bildirib.

"Bu il çempionat çox güclü idi. Azərbaycan Basketbol Federasiyası böyük iş görüb. "Neftçi"yə finalda nümayiş etdirdiyi mübarizə əzminə görə təşəkkür edirəm. Komandamızı bu uğur münasibəti ilə təbrik edirəm. Komanda üzvlərinə çempionluq mübarizəsində çəkdikləri əziyyətə görə təşəkkür edirəm", - deyə R.Kurtinaytis vurğulayıb.

Qeyd edək ki, tərəflər arasında final seriyasında altı oyun keçirilib. Son matçda dördüncü qələbəni əldə edən "bayquşlar" qızıl medallara sahib çıxıblar. 

Oxşar xəbərlər

Çempion olan "Sabah"ın baş məşqçisi: "Komanda üzvlərinə çəkdikləri əziyyətə görə təşəkkür edirəm"
Rimas Kurtinaytis "Neftçi" üzərində qazandıqları qələbəni dəyərləndirib
"Sabah" Azərbaycan Basketbol Liqasının qalibi olub
"Neftçi" basketbol klubunun məşqçisi "Sabah"a məğlubiyyətə münasibət bildirib
Rimas Kurtinaytis: "Məğlubiyyətimizə bəraət yoxdur"

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər