Qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasının qalibləri mükafatlandırılıb
Qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasının qalibləri mükafatlandırılıb.
"Sizinxeber.az" xəbər verir ki, Milli Gimnastika Arenasında baş tutan "Abşeron" - "Azərreyl" matçından sonra mükafatlandırma mərasimi keçirilib.
Mükafatlandırmadan öncə Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə çıxış edib. Çempionatın maraqlı keçdiyini bildirən qurum rəsmisi Azərbaycan Voleybol Federasiyasına (AVF) təşəkkür edib və uğurlar arzulayıb.
Daha sonra Avropa Voleybol Konfederasiyasının (CEV) prezidenti Roko Sikiriç çıxış edib. O, AVF-yə və komandalara uğurlar arzulayıb.
AVF-nin prezidenti Şahin Bağırov da çıxışında azarkeşlərə və voleybolçulara təşəkkür edib. O, yaxşı idmançıların yetişməsinə və bu idman növünün daha da inkişafına çalışacaqlarını söyləyib.
Daha sonra müxtəlif nominasiyalar üzrə seçilmiş volebolçulara fərdi mükafatlar verilib. Ardından komandalara kubok və medallar təqdim olunub. Medalları idmançılara AVF prezidenti Şahin Bağırov, vitse-prezidenti Faiq Qarayev və CEV-in prezidenti Roko Şkiriç təqdim ediblər. Kuboku "Azərreyl" komandasına Çingiz Hüseynzadə verib.
Qeyd edək ki, Azərbaycan Yüksək Liqasının qalibi adını "Azərreyl" komandası qazanıb. "Abşeron" gümüş, "Milli Aviasiya Akademiyası" isə bürünc medalların sahibi olub.
Foto: Mircavid Eminoğlu
Oxşar xəbərlər
Voleybol üzrə Azərbaycan Kubokunun qalibləri mükafatlandırılıb
Qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasında ilk final matçı keçirilib
Qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasının qalibi bu gün müəyyənləşəcək
Avropa Voleybol Konfederasiyasının yeni prezidenti bəlli olub
Voleybol üzrə Azərbaycan Yüksək Liqasında final və üçüncü yer uğrunda oyunların proqramı müəyyənləşib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Kadir İnanır vəfat etdi
-
Azərbaycanda əsgərlik müddətinin azaldılması və ödənişli hərbi xidmətlə bağlı RƏSMİ AÇIQLAMA
-
DÇ-2026: Seneqal - İraq matçında hesab açılıb - YENİLƏNİR
-
Elm və Təhsil Nazirliyi cari tədris ilinin hesabatını YAYDI
-
DÇ-2026: Fransa və Norveç 1/16 finala vəsiqə qazanıb
-
DÇ-2026: Seneqal - İraq matçında üçüncü qol vurulub - YENİLƏNİR-5
