Voleybol üzrə Azərbaycan Kubokunun qalibləri mükafatlandırılıb
Voleybol üzrə “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində təşkil olunan Azərbaycan Kubokunun qaliblərinin mükafatlandırılma mərasimi keçirilib.
"Report" xəbər verir ki, bağlanış mərasimində ölkə kubokunu qazanan kişi və qadınlardan ibarət kollektivləri təbrik etmək üçün səhnəyə Azərbaycan Voleybol Federasiyasının prezidenti Şahin Bağırov dəvət olunub.
Qurum rəsmisi bu gün maraqlı final matçlarına şahidlik etdiklərini söyləyib.
"Həqiqətən kişi və qadın voleybolçuların ifaaında maraqlı final oyunlarının şahidi olduq. “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində təşkil olunan yarışa dəstək olan hər kəsə öz təşəkkürümü bildirirəm. Voleybol Azərbaycanda seçilən idman növlərindəndir", - deyə qurum rəsmisi bildirib.
Ardınca qalib gələn komandaların heyətində ən yaxşı oyunçular müəyyənləşib.
"Xilasedici"dən Reyes Rodriqes, "Abşeron"dan isə Katerina Jitkova final görüşünün ən yaxşı voleybolçusu mükafatına layiq görülüblər.
Son olaraq kişilərin yarışında “Azərreyl”, qadınların mübarizəsində isə finalda qalib gələn “Gəncə” kollektivi qızıl medal və Azərbaycan Kuboku ilə təltif edilib.
Oxşar xəbərlər
FHN-in voleybol komandası ölkə kubokunun qalibi olub
Qadın voleybolçular arasında Azərbaycan Kubokunun sahibi bəlli olub
Voleybol üzrə Azərbaycan Kubokunun püşkatma mərasimi keçirilib
Voleybol üzrə Azərbaycan Kubokunda qaliblər müəyyənləşəcək
Voleybol üzrə Azərbaycan Kubokunda finalçılar bəlli olub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Pezeşkian: "İran hökuməti xalqın səsini eşitməyə və islahatlar keçirməyə hazırdır"
-
İranda etirazlar davam edir: Kinorejissor və general öldürüldülər
-
İran polisi Luristanda iğtişaşların 100-dən çox iştirakçısını saxlayıb
-
İranda 60 saatdan çoxdur ki, internet yoxdur
-
Rza Pəhləvi İrandakı etirazlar fonunda beynəlxalq dəstəyin tezliklə çatacağını bildirib
-
KİV: İrandakı etirazlarda ölənlərin sayı 544-ə çatıb












