Qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasında yarımfinalın ikinci oyunları keçiriləcək
sizinxeber.az xəbər saytı

Qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasında yarımfinalın ikinci oyunları keçiriləcək


Qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasında yarımfinal mərhələsinin ikinci oyunlarına start veriləcək.

"Sizinxeber.az" xəbər verir ki, "Azərreyl" bu gün "Milli Aviasiya Akademiyası" ilə üz-üzə gələcək.

Bu komandaların ilk görüşündə "Azərreyl" 3:2 hesablı qələbə qazanmışdı.

"Gəncə" isə "Abşeron"la münasibətlərə aydınlıq gətirəcək. Yarımfinalın ilk matçında "Abşeron" rəqibini üstələmişdi - 3:1.

Qeyd edək ki, hər iki görüş Gənclər və idman Nazirliyinin Voleybol Mərkəzində keçiriləcək. "Azərreyl" - "Milli Aviasiya Akademiyası" matçı saat 15:00-da, "Gəncə" - "Abeşron" görüşü isə 17:00-da başlayacaq.

Oxşar xəbərlər

Qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasında X turun oyunları keçiriləcək
Qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasında XIX turun oyunları keçiriləcək
Kişi və qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasında yarımfinal oyunlarının proqramı müəyyənləşib
Qadın voleybolçular arasında Azərbaycan çempionatında yarımfinal mərhələsi başlayır
Qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasında növbəti oyunlar keçiriləcək

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər