Qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasında X turun oyunları keçiriləcək
Qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasında X turun oyunları bu gün keçiriləcək.
"Sizinxeber.az" xəbər verir ki, əvvəlcə "Gəncə" evdə "Azərreyl"lə qarşılaşcaq.
Görüşə Gəncə İdman Sarayında, saat 14:30-da start veriləcək. Digər matçlarda "Abşeron" "Murov Az Terminal"la, “Milli Aviasiya Akademiyası” isə UNEC-lə üz-üzə gələcək. Hər iki qarşılaşma Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində keçiriləcək.
Yüksək Liqa
Qadınlar
X tur
11 fevral
14:30. “Gəncə” - “Azərreyl"
Gəncə İdman Sarayı
16:00. “Abşeron” - “Murov Az Terminal”
Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzi
18:00. “Milli Aviasiya Akademiyası” - UNEC
Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzi
Qeyd edək ki, "Abşeron" turnir cədvəlində 23 xalla birinci pillədə qərarlaşıb. "Milli Aviasiya Akademiyası" 21 xalla ikincidir. Növbəti pillələrdə müvafiq olaraq "Gəncə" (14 xal), "Azərreyl" (12 xal), "Murov Az Terminal" (11 xal) yer alıb. Turnir cədvəlinin sonuncusu UNEC-in isə xalı yoxdur.
Oxşar xəbərlər
Qadın və kişi voleybolçular arasında Yüksək Liqada X turun proqramı müəyyənləşib
Qadın və kişi voleybolçular arasında Yüksək Liqada VIII turun proqramı bəlli olub
Qadın və kişi voleybolçular arasında Yüksək Liqada VII turun proqramı müəyyənləşib
Qadın və kişi voleybolçuların Yüksək Liqasında növbəti turun proqramı bəlli olub
Kişi və qadınlar arasında Yüksək Liqada növbəti turun proqramı açıqlanıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin











