Qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasında növbəti oyunlar keçiriləcək
sizinxeber.az xəbər saytı

Qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasında növbəti oyunlar keçiriləcək


Qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasında bu gün XV turun oyunları keçiriləcək.

"Sizinxeber.az"un məlumatına görə, saat 16:00-da UNEC - "Milli Aviasiya Akademiyası" və "Murov Az Terminal" - "Abşeron" matçları başlayacaq.

Saat 18:00-da isə "Azərreyl" - "Gəncə" görüşü keçiriləcək. Birinci qarşılaşma UNEC-in idman zalında, digərləri isə Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində təşkil olunacaq.

Qeyd edək ki, 14 turdan sonra "Abşeron" 34 xalla liderdir. "Milli Aviasiya Akademiyası" 33 xalla ikinci pillədə qərarlaşıb. Üçüncü sıradakı "Gəncə"nin və dördüncü mövqedəki "Azərreyl"in 22 xalı var. "Murov Az Terminal" 15 xalla beşinci, xalı olmayan UNEC sonuncu - altıncıdır.

Oxşar xəbərlər

Qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasında X turun oyunları keçiriləcək
Qadın voleybolçular arasında Azərbaycan çempionatında V turun oyunları keçiriləcək
Qadın voleybolçular arasında Yüksək Liqada VII turun oyunları keçiriləcək
Qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasında IX turun oyunları keçirilib
Kişi voleybolçular arasında Azərbaycan çempionatında X tur başlayır

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər