"Ordu"nun kapitanı: "Komandanın çıxışı istədiyimiz kimi alınmadı"
sizinxeber.az xəbər saytı

"Ordu"nun kapitanı: "Komandanın çıxışı istədiyimiz kimi alınmadı"


“Heç nə bitməyib və mövsüm başa çatmayıb. Amma komandanın çıxışı istədiyimiz kimi alınmadı".

"Sizinxeber.az"un məlumatına görə, bunu "Ordu"nun basketbolçusu Rüstəm Əliyev deyib.

Kapitan Azərbaycan Basketbol Liqası ilə bağlı fikirlərini bölüşüb:

"B qrupunda 1-ci yeri tutacağımıza inanırdım. Ancaq bəzi problemlər buna imkan vermədi. Xüsusilə Ramme Grifinin zədəli olması, legionerlərin səhhətində problemlərin üzə çıxması, rotasiyanın olmaması istər-istəməz oyunumuza təsir etdi və bizi geri saldı.

R.Əliyev özü də zədəsini tam sağaltmadığını söyləyib: "Qarşıda əsas mərhələnin son oyunları, eyni zamanda play-in matçları var. Bu qarşılaşmaları yaxşı keçirib, mövsümü major notlarla başa vurmaq istəyirik".

Qeyd edək ki, "Ordu" 19 turdan sonra B qrupunda 31 xalla üçüncü pillədə qərarlaşıb.

Oxşar xəbərlər

"Quba"nın basketbolçusu: "Müntəzəm mövsümü qələbə ilə başa vurmaq istəyirik"
Azərbaycan klubunun kapitanı: "Debütant olmağımıza baxmayaraq, qrupda birinci yeri tutacağımıza inanıram"
"Ordu"nun basketbolçusu: "Komandamız get-gedə püxtələşir"
"Ordu"nun basketbolçusu: “Quba” ilə oyunda asan qələbə qazanacağımızı düşünürdüm"
Azərbaycan Basketbol Liqası: V tura bir oyunla start veriləcək

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər