"Ordu"nun basketbolçusu: "Komandamız get-gedə püxtələşir" » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
27 
dek
2024
15:00

"Ordu"nun basketbolçusu: "Komandamız get-gedə püxtələşir"

27 dek, 2024
15:00
886

"Ordu"nun basketbolçusu: "Komandamız get-gedə püxtələşir"

Komandamız get-gedə püxtələşir.

"Sizinxeber.az" xəbər verir ki, bunu "Ordu"nun basketbolçusu Ramazan Qarayev klubun mətbuat xidmətinə açıqlamasında deyib.

O, Azərbaycan Basketbol Liqasında arxada qalan 9 turu dəyərləndirib:

"Geridə qalan oyunlara baxsaq, komandamızın püxtələşdiyini deyə bilərəm. Düzdür, məğlubiyyətlərimiz də olub. Amma həmin matçlardakı səhvlərimizi görmüşük və onların təkrarlamamağa çalışırıq. Komandanın motivasiyası, əzmkarlığı getdikcə güclənir. Hətta uduzduğumuz qarşılaşmalarda belə oyunçularımızın qələbə qazanmaq istəyi çox yüksək olub. Qarşıda bizi uzun marafon gözləyir. Məğlubiyyət də ola bilər, qələbə də. Əsas odur ki, qarşımıza qoyduğumuz məqsədə çataq. Fikrimcə, buna nail olacağıq”.

Qeyd edək ki, "Ordu" Azərbaycan Basketbol Liqasının B qrupunda 15 xalla birinci sırada qərarlaşıb.

Bizimlə əlaqə saxlayın