"Quba"nın basketbolçusu: "Müntəzəm mövsümü qələbə ilə başa vurmaq istəyirik"
Müntəzəm mövsümü qələbə ilə başa vurmaq istəyirik. Tam olaraq buna köklənmişik. Sonadək mübarizə aparacağıq.
"Report" xəbər verir ki, bunu "Quba"nın basketbolçusu Jalen Reyndols klubun mətbuat xidmətinə müsahibəsində deyib.
ABŞ-dən olan oyunçu Azərbaycan Basketbol Liqasının XX turunda "Ordu"ya qarşı keçirəcəkləri matçla bağlı fikirlərini bölüşüb:
"Çox yaxşı qarşılaşma olacağını düşünürəm. Bu mövsüm çempionatda hər kəslə oynaya biləcəyimizi göstərdik. Məğlubiyyətlərimizin bəzi səbəbləri yorğunluğun yaratdığı səhvlər idi. Yorğun olduğumuz zaman müdafiədə də səhvlərə yol verirdik. Atışlarda da bəzən dəqiq ola bilmirdik. Bu da sonda istədiyimiz nəticəni qazanmağa imkan vermirdi".
O, pley-in mərhələsində uğurlu çıxış etmək istədiklərini bildirib:
"Müntəzəm mövsüm bitəcək və yeni startımız olacaq. Ona görə də düşünürəm ki, burada uğur qazana bilərik. Bizə təzyiq olduğunu fikirləşmirəm. Çünki qalib gələcəyimizi gözləyənlər çox deyil. Məncə, əsas basqı “Ordu”da olacaq".
Qeyd edək ki, aprelin 2-də keçiriləcək "Quba" - "Ordu" oyunu saat 14:00-da start götürəcək.
Oxşar xəbərlər
"Quba"nın basketbolçusu: "Hər oyunda yaxşı performans sərgiləyirik"
"Ordu"nun basketbolçusu: “Quba” ilə oyunda asan qələbə qazanacağımızı düşünürdüm"
Azərbaycan klubunun basketbolçusu: "Daha yaxşı olmaq üçün üzərimizdə işləməliyik"
Azərbaycan klubunun basketbolçusu: "Çox təhlükəli komandaya çevrilirik"
"Quba"nın basketbolçusu: "Sumqayıt”la oyunda qələbə qazanmaq üçün əlimizdən gələni edəcəyik"
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Pezeşkian: "İran hökuməti xalqın səsini eşitməyə və islahatlar keçirməyə hazırdır"
-
Tramp Venesuela neftinin satışı gəlirlərini məhkəmə cəzalarından qorumaq üçün fərman imzalayıb
-
ABŞ Ordusunun Mərkəzi Komandanlığı Suriyada İŞİD-ə qarşı zərbələri təsdiqləyib
-
İngiltərə Kuboku: "Çelsi" növbəti mərhələdə
-
İran polisi Luristanda iğtişaşların 100-dən çox iştirakçısını saxlayıb
-
İranda 60 saatdan çoxdur ki, internet yoxdur












