Azərbaycan Basketbol Liqası: Bu gün daha dörd komanda meydana çıxacaq
Azərbaycan Basketbol Liqasının XVI turunda bu gün daha dörd komanda meydana çıxacaq.
“Sizinxeber.az” xəbər verir ki, B qrupunda “Lənkəran” doğma meydanda “Sumqayıt”ı qəbul edəcək.
Lənkəran Olimpiya İdman Kompleksində keçiriləcək görüşün start fiti saat 14:00-da səsləndiriləcək. “Sumqayıt” qrupda 20 xalla dördüncü, “Lənkəran” isə 18 xalla sonuncu - altıncıdır.
Günün son matçı A qrupunda “Abeşron”la NTD arasında baş tutacaq. Abşeron Olimpiya Kompleksində keçiriləcək görüş saat 19:00-da başlayacaq. “Abşeron” 21 xalla beşinci pillədə qərarlaşıb. Altıncı olan NTD-nin isə 19 xalı var.
Qeyd edək ki, turun daha əvvəl keçirilən görüşlərində "Neftçi" "Naxçıvan"ı 114:70, "Sabah" isə "Sərhədçi"ni 89:73 hesabı ilə məğlub edib.
Oxşar xəbərlər
Azərbaycan Basketbol Liqası: X turda bu gün daha üç görüş keçiriləcək
Azərbaycan Basketbol Liqası: XI turun son qarşılaşmaları bu gün keçiriləcək
Azərbaycan Basketbol Liqasında VII tura bu gün start veriləcək
Azərbaycan Basketbol Liqası: “Şəki” səfərdə “Lənkəran”ı məğlub edib
Azərbaycan Basketbol Liqasında XIV tura yekun vurulur
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin











