NTD klubunun baş məşqçisi: "Uduza bilərik, amma heç vaxt təslim olmuruq"
sizinxeber.az xəbər saytı

NTD klubunun baş məşqçisi: "Uduza bilərik, amma heç vaxt təslim olmuruq"


NTD uduza bilər, amma heç vaxt təslim olmur.

"Sizinxeber.az"un məlumatına görə, bunu NTD-nin baş məşqçisi Tahir Baxşıyev "Sabah"a qarşı Azərbaycan Basketbol Liqasının IX turunun oyunundan sonra klubun mətbuat xidmətinə açıqlamasında deyib.

Təcrübəli mütəxəssis məğlubiyyətə görə üzgün olduqlarını bildirib:

“Komandanın heyəti gənclərdən təşkil olunub. Daha əvvəl rəhbərliklə birgə bizi hansı nəticələrin gözlədiyini bilirdik. Son üç oyunu Əkbər Məmmədov zədə səbəbindən buraxdı. O, bizim üçün çox böyük qüvvədir. Mövsümün başlanğıcında Əkbər Məmmədovun bizə xeyir verəcəyini ümid edirdik. Təəssüf ki, zədələndi. Onun mövqeyi elədir ki, bütün oyun sistemimizi dəyişir".

Mütəxəssis yanvarda komandada dəyişikliklərin olacağını bildirib:

"Hansı oyunçuların komandanı tərk edib, hansılarının qalacağını indidən deyə bilmərəm. Azarkeşlərimiz ruhdan düşməsinlər. Biz qayıdacağıq və yaxın zamanda hamı bunu görəcək”.

Qeyd edək ki, NTD - "Sabah" qarşılaşması ikincilərin 94:67 hesablı qələbəsi ilə yekunlaşıb.

Oxşar xəbərlər

NTD klubunun baş məşqçisi: "Öz üzərimizdə işləməyə davam etməliyik"
"Lənkəran"ın baş məşqçisi: "Təəssüf ki, bizdə heyət bir o qədər geniş deyil"
NTD-nin baş məşqçisi: "Bu mövsüm sürətli, aqressiv basketbol oynayacağıq"
"Ordu"nun baş məşqçisi: "Sonuncu period olmasaydı, asanlıqla qələbə qazandığımızı deyə bilərdim"
NTD-nin baş məşqçisi: “Sabah”la matç bizim üçün böyük bir dərs olmalıdır"

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle