sizinxeber.az xəbər saytı
sizinxeber.az xəbər saytı
Azərbaycan badminton millisinin Bakıda keçiriləcək Avropa çempionatındakı rəqibləri müəyyənləşib
Azərbaycan badminton millisinin 2025-ci il fevralın 12-16-sı aralığında Bakıda ilk dəfə keçiriləcək qarışıq komandalar üzrə Avropa çempionatındakı rəqibləri müəyyənləşib.
Bu barədə "Sizinxeber.az"a Azərbaycan Badminton Federasiyasından məlumat verilib.
Bakı İdman Sarayında təşkil olunacaq turnirdə 8 komanda mübarizə aparacaq. I qrupda yer alan Azərbaycan millisinin rəqibləri son çempion Danimarka, İspaniya və İngiltərə yığmaları olacaq.
II qrupda Fransa, Almaniya, Çexiya və Niderland komandaları yer alıblar.
Qeyd edək ki, qruplarda ilk 2 yeri tutacaq yığmalar yarımfinala vəsiqə qazanacaqlar.
Oxşar xəbərlər
Azərbaycan millisinin dünya çempionatındakı rəqibləri müəyyənləşib
Azərbaycanın U-17 millisinin Avropa çempionatının seçmə mərhələsindəki rəqibləri bəlli olub
Azərbaycan millisinin Avropa çempionatının ilkin mərhələsindəki rəqibləri müəyyənləşib
Azərbaycan amputant millisinin rəhbəri Avropa çempionatında arzuolunan rəqibləri açıqlayıb
Azərbaycanın 3x3 basketbol millisinin Bakı mərhələsindəki rəqibləri müəyyənləşib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













