"Gəncə" basketbol komandası növbəti qələbəsini qazanıb
sizinxeber.az xəbər saytı

"Gəncə" basketbol komandası növbəti qələbəsini qazanıb


"Gəncə" Azərbaycan Basketbol Liqasında növbəti qələbəsini qazanıb.

"Sizinxeber.az"un məlumatına görə, Halil Atlının baş məşqçisi olduğu kollektiv IV turda "Şəki"ni qəbul edib.

Qarşılaşma meydan sahiblərinin 78:75 hesablı qələbəsi ilə yekunlaşıb.

Gəncə təmsilçisi A qrupunda 8 xalla liderdir. 6 xalı olan "Şəki" 3-cü yerdə qərarlaşıb.

Günün ilk oyununda "Sərhədçi" "Neftçi"ni məğlub etmişdi - 84:77.

Qeyd edək ki, əvvəlki matçlarda "Naxçıvan" "Abşeron"u (72:68), "Ordu" "Lənkəran"ı (92:55), "Sabah" NTD-ni (110:86), "Quba" isə "Sumqayıt"ı (97:83) məğlub edib.

Oxşar xəbərlər

Azərbaycan Basketbol Liqası: "Gəncə" ardıcıl üçüncü qələbəsini qazanıb
Azərbaycan Basketbol Liqasında II tur başa çatıb
Azərbaycan Basketbol Liqası: "Sabah" qələbə qazanıb
Azərbaycan Basketbol Liqası: "Şəki" "Sumqayıt"ı məğlub edib
Azərbaycan Basketbol Liqasında IV turun daha bir oyunu keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle