Azərbaycan Basketbol Liqası: "Şəki" "Sumqayıt"ı məğlub edib » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
03 
noy
2024
16:00

Azərbaycan Basketbol Liqası: "Şəki" "Sumqayıt"ı məğlub edib

03 noy, 2024
16:00
917

Azərbaycan Basketbol Liqası: "Şəki" "Sumqayıt"ı məğlub edib

Azərbaycan Basketbol Liqasının III turunda "Şəki" "Sumqayıt"ı məğlub edib.

"Sizinxeber.az" xəbər verir ki, Şəki Olimpiya İdman Kompleksinin stadionunda baş tutan oyun meydan sahiblərinin 101:61 hesablı qələbəsi ilə yekunlaşıb.

Turun sonuncu qarşılaşması bu gün Abşeron Olimpiya Kompleksində gerçəkləşəcək. "Sabah" "Abşeron"la münasibətlərə aydınlıq gətirəcək. Matç saat 16:00-da başlayacaq.

Qeyd edək ki, əvvəlki oyunlarda "Naxçıvan" "Sərhədçi"ni (83:66), NTD "Neftçi"ni (66:63) məğlub edib. "Gəncə" "Ordu"dan üstün olub - 82:61. "Lənkəran" isə "Quba" üzərində qələbə qazanıb - 86:81.

Bizimlə əlaqə saxlayın