AVF rəsmisi beynəlxalq yarışa təyinat alıb
sizinxeber.az xəbər saytı

AVF rəsmisi beynəlxalq yarışa təyinat alıb


Azərbaycan Voleybol Federasiyasının (AVF) kominikasiya şöbəsinin rəhbəri Zöhrab Gözəlbəyli Çelenc Kuboku matçına supervayzer təyin olunub.

Federasiyadan "Report"a verilən məlumata görə, qurum rəsmisi qadın voleybolçular arasında 1/16 finalında “Rapid Buxarest" (Rumıniya) və “Roma Volley” (ITA) komandalarının cavab qarşılaşmasında hakimlərin işini qiymətləndirəcək.

Noyabrın 12-də Rumıniyanın paytaxtı Buxarestdə keçiriləcək oyunu danimarkalı Morten Enqborq Kleyn və bolqarıstanlı Milena Lazarova-Pyova idarə edəcəklər.

Qeyd edək ki, komandalar arasında baş tutan ilk matçda İtaliya təmsilçisi 3:0 hesabı ilə qalib gəlib.

Oxşar xəbərlər

Azərbaycan Voleybol Federasiyasının rəsmisi Çempionlar Liqasının oyununa təyinat alıb
Azərbaycan Voleybol Federasiyasının rəsmisi Avropa çempionatına təyinat alıb
AVF rəsmisi Avropa çempionatının təsnifat mərhələsinə təyinat alıb
Azərbaycanlı nümayəndələr Avropa Voleybol Konfederasiyası tərəfindən növbəti təyinat alıblar
AVF rəsmisi Çempionlar Liqasının təsnifat mərhələsinin oyununa təyinat alıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle