Rimas Kurtinaytis: "İki əsas oyunçumuzun yoxluğu Belçika klubu ilə matçda rotasiya imkanlarımızı məhdudlaşdırdı"
İki əsas oyunçumuzun - Endər Poladxanlı və DeAndrenin yoxluğu bu oyunda da rotasiya imkanlarımızı məhdudlaşdırdı.
"Report" xəbər verir ki, bunu "Sabah" basketbol klubunun baş məşqçisi Rimas Kurtinaytis “Spirou”ya (Belçika) qarşı keçirdikləri FIBA Avropa Kubokunun oyunundan sonra baş tutan mətbuat konfransında deyib.
Təcrübəli mütəxəssis məğlub olduqları görüş barədə danışıb:
“Yaxşı mübarizə apardıq. Azarkeşlərimiz önündə qələbə qazanmağı çox istəyirdik. Çox istəkli idik. Bəlkə də bunun yaratdığı təzyiqə görə sadə epizodlarda bəzən top itkilərinə yol verdik. İki əsas oyunçumuzun - Endər Poladxanlı və DeAndrenin yoxluğu bu oyunda da rotasiya imkanlarımızı məhdudlaşdırdı. Azarkeşlərə sona kimi bizə dəstək olduqlarına görə təşəkkür edirəm”
Qeyd edək ki, "Sabah" - Spirou” qarşılaşması qonaqların 78:68 hesablı qələbəsi ilə başa çatıb.
Oxşar xəbərlər
Rimas Kurtinaytis: "Adi epizodlarda top itkilərinə yol verdik"
"Sabah"ın baş məşqçisi: Biz artıq Avropa basketbol ailəsinin üzvünə çevrilmişik
"Sabah" klubunun rəsmisi: "FIBA Avropa Kuboku yerli basketbolçularımıza böyük təcrübə qazandırır"
"Sabah"ın baş məşqçisi: "Rəqibin heyəti daha genişdir"
"Sabah" FIBA Avropa Kubokunda növbəti oyununu keçirib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin











