Rusiya Azərbaycana Kontinental Hokkey Liqasına qoşulmağı təklif edib
Rusiya ilə Azərbaycan arasında 2026-cı ilə qədər idman sahəsində əməkdaşlıq planı imzalanmağa hazırdır.
"Sizinxeber.az" Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə ölkənin idman naziri Mixail Deqtyarev sosial şəbəkədə məlumat verib.
O bildirib ki, Dünya Köçəri Oyunlarının keçirildiyi Astanada Azərbaycanın gənclər və idman naziri Fərid Qayıbovla görüşüb və Azərbaycan klublarının Kontinental Hokkey Liqasında iştirakı imkanlarını nəzərdən keçirməyi təklif edib.
“2026-cı ilə qədər olan əməkdaşlıq planı imzalanmağa hazırdır. Bu plan cüdo, boks, atletika, futbol, taekvondo, şahmat, kiber idman, stolüstü tennis kimi 8 idman növünü əhatə edir. Rusiya Federasiyasının İdman Nazirliyi hazırda Xəzər “beşliyi” ölkələri (Rusiya, Qazaxıstan, Türkmənistan, Azərbaycan, İran) arasında normativ əməkdaşlıq bazasını yaradır və Azərbaycana Kontinental Hokkey Liqasına qoşulmağı təklif edib”, - rusiyalı nazir qeyd edib.
Oxşar xəbərlər
Fərid Qayıbov "Gənc idman liderləri" proqramının iştirakçıları ilə görüşüb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
DÇ-2026: Uruqvay - Kabo Verde oyununda hesab yenidən bərabərləşib - YENİLƏNİR-6
-
"Axios" ABŞ və İran arasında İsveçrədə keçirilən danışıqların təfərrüatlarını açıqlayıb
-
Məhəmməd Salah Misir yığmasının yeni rekordçusu olub
-
Darren Beyzli: "Misirlə matçın ilk hissəsində yaxşı oynadıq"
-
DÇ-2026: Belçika millisi İranla heç-heçə edib
-
Azərbaycan və Türkmənistan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər
