Klublararası dünya çempionatının qalibi bəlli olub
ABŞ-də keçirilən klublararası dünya çempionatının qalibi bəlli olub.
“Report”un məlumatına görə, final oyununda Fransanın “PSJ” klubu İngiltərə təmsilçisi “Çelsi” ilə üz-üzə gəlib.
Qarşılaşma “Çelsi”nin böyükhesablı qələbəsi ilə bitib. İngilislər fransızları üç dəfə meydanın mərkəzinə dəvət ediblər.
London təmsilçisinin heyətində Koul Palmer iki dəfə (22, 30-cu dəqiqə), Joao Pedro (43) bir dəfə fərqlənib.
“Çelsi” tarixində ikinci dəfə Klublararası Dünya Çempionatının qalibi olub. Komanda 2021-ci ildə finalda Braziliyanın “Palmeyras” komandasına əlavə vaxtda 2:1 hesabı ilə qalib gələrək turnirin birincisi seçilib. 2012-ci ildə isə “Çelsi” finalda Braziliyanın “Korintians” klubuna 0:1 hesabı ilə uduzub.
“PSJ” isə ilk dəfə Klublararası Dünya Çempionatında iştirak edib.
Qeyd edək ki, PSJ 2024/2025 mövsümündə UEFA Çempionlar Liqasının, "Çelsi" isə Konfrans Liqasının qalibi olub.
Oxşar xəbərlər
Klublararası dünya çempionatının qalibi bəlli olur
"Çelsi" klublararası dünya çempionatının ilk finalçısı olub
Klublararası dünya çempionatında ilk yarımfinalçı məlum olub
"Latsio" Pedro ilə müqavilə müddətini uzatmaqla bağlı razılığa gəlib
“Çelsi” UEFA Konfrans Liqasının qalibi olub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













