sizinxeber.az xəbər saytı
sizinxeber.az xəbər saytı
Azərbaycan Basketbol Liqası: "Sabah" yarımfinala vəsiqə qazanıb
"Sabah" Azərbaycan Basketbol Liqasında yarımfinala vəsiqə qazanıb.
"Report"un məlumatına görə, komanda buna 1/4 final mərhələsinin ikinci oyununda "Naxçıvan"ı məğlub etməklə nail olub.
Bakı İdman Sarayındakı qarşılaşma 97:86 hesabı ilə yekunlaşıb.
İlk görüşdə "Sabah" 106:74 hesabı ilə üstün olub.
Günün ilk matçında "Abşeron Lions" "Şəki"ni məğlub edərək (105:94, ilk oyun - 109:78) növbəti raunda yüksəlib.
Xatırladaq ki, ötən gün "Gəncə" "Ordu"nu 85:78 (ilk oyun - 106:108) "Neftçi" NTD-ni 119:99 (ilk oyun - 94:97) hesabı ilə məğlub edib.
Bu cütlərdə üçüncü qarşılaşma baş tutacaq. Reqlamentə əsasən, 1/4 finalda iki qələbə qazanan komanda növbəti mərhələyə adlayacaq.
Oxşar xəbərlər
"Abşeron Lions" Azərbaycan Basketbol Liqasının yarımfinalına yüksəlib
Azərbaycan Basketbol Liqasında 1/4 final mərhələsinin növbəti iki oyunu keçiriləcək
Azərbaycan Basketbol Liqası: "Sabah" qələbə qazanıb
Azərbaycan Basketbol Liqası: "Sabah" final seriyasının ilk oyununda qələbə qazanıb
Azərbaycan Basketbol Liqasında yarımfinala vəsiqə qazanan sonuncu komanda bəlli olub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Rusiya ordusu Kiyevə ballistik raketlə hücum edib
-
Vens: ABŞ-la İran arasında birbaşa hərbi əlaqə kanalı yaradılacaq
-
Dünya Bankı Ukraynaya 3,4 milyard dollar ayıracaq
-
AŞPA siyasi sifarişlərin həyata keçirildiyi məkana çevrilib - RƏY
-
DÇ-2026: Kurasao - Fildişi Sahili oyununda ilk qol vurulub - YENİLƏNİR
-
Vinçentso Montella: "Bu qələbəni qazanmaq çox vacib idi"
