"Abşeron Lions" Azərbaycan Basketbol Liqasının yarımfinalına yüksəlib
sizinxeber.az xəbər saytı

"Abşeron Lions" Azərbaycan Basketbol Liqasının yarımfinalına yüksəlib


"Abşeron Lions" Azərbaycan Basketbol Liqasının yarımfinalına vəsiqə qazanıb.

"Report" xəbər verir ki, komanda buna 1/4 finalın ikinci oyununda "Şəki"ni məğlub etməklə nail olub.

Şəki Olimpiya İdman Kompleksində reallaşan qarşılaşma 105:94 hesabı ilə yekunlaşıb. İlk görüşdə də "Abşeron Lions" üstün olub - 109:78.

Günün ikinci matçında "Sabah" "Naxçıvan"ın müqavimətini qırmağa çalışacaq. Oyun Bakı İdman Sarayında, saat 19:00-da başlayacaq. "Sabah" birinci dueldən qalib ayrılıb - 106:74.

Xatırladaq ki, ötən gün "Gəncə" "Ordu"nu 85:78 (ilk oyun - 106:108) "Neftçi" NTD-ni 119:99 (ilk oyun - 94:97) hesabı ilə məğlub edib.

Bu cütlərdə üçüncü qarşılaşma baş tutacaq. Reqlamentə əsasən, 1/4 finalda iki qələbə qazanan komanda növbəti mərhələyə adlayacaq.

Oxşar xəbərlər

Azərbaycan Basketbol Liqasında 1/4 final mərhələsinin növbəti iki oyunu keçiriləcək
Azərbaycan Basketbol Liqasının 1/4 final mərhələsində növbəti oyunlar keçiriləcək
Azərbaycan Basketbol Liqasının 1/4 final mərhələsinin növbəti oyunu keçirlib
Azərbaycan Basketbol Liqası: "Abşeron" evdə "Sabah"a uduzub
Azərbaycan Basketbol Liqasının pley-off mərhələsində daha iki oyun keçiriləcək

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər