Azərbaycan Basketbol Liqasında 1/4 final mərhələsinin ikinci oyunları başlayır
sizinxeber.az xəbər saytı

Azərbaycan Basketbol Liqasında 1/4 final mərhələsinin ikinci oyunları başlayır


Azərbaycan Basketbol Liqasında 1/4 final mərhələsinin ikinci oyunlarına bu gün start veriləcək.

"Sizinxeber.az"un məlumatına görə, birinci oyun günündə iki qarşılaşma keçiriləcək.

"Ordu" "Gəncə"nin qonağı olacaq. Qarşılaşma Gəncə İdman Sarayında, saat 14:00-da start götürəcək. İlk görüşdə "hərbçilər" üstün olub - 108:106.

Günün ikinci matçında NTD və "Neftçi" komandaları münasibətlərə aydınlıq gətirəcəklər. Oyun Bakı İdman Sarayında, saat 19:00-da başlayacaq. NTD ilk dueldə qalib gəlib - 97:94.

Xatırladaq ki, 1/4 final mərhələsinin digər qarşılaşmaları aprelin 17-də baş tutacaq. Cütlərdə iki qələbəyə çatan tərəf yarımfinala yüksələcək.

Oxşar xəbərlər

Azərbaycan Basketbol Liqasında yarımfinal mərhələsinin ilk oyunlarına start veriləcək
Azərbaycan Basketbol Liqasında final seriyası start götürür
Azərbaycan Basketbol Liqasında pley-off mərhələsinin ikinci oyunlarının təqvimi müəyyənləşib
Azərbaycan Basketbol Liqasında pley-off mərhələsinin daha iki görüşü keçiriləcək
Azərbaycan Basketbol Liqasında pley-in mərhələsi başlayır

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər