Ayşən Abduləzimova: "Finaldakı rəqibimizi düşünmürük, əsas öz hazırlığımızdır"
sizinxeber.az xəbər saytı

Ayşən Abduləzimova: "Finaldakı rəqibimizi düşünmürük, əsas öz hazırlığımızdır"


Qadınlardan ibarət "Turan" voleybol komandası Azərbaycan Yüksək Liqasının finalında öz hazırlığını düşünür.

"Report"un Tovuza ezam olunan əməkdaşı xəbər verir ki, bunu adıçəkilən klubun voleybolçusu Ayşən Abduləzimova jurnalistlərə açıqlamasında deyib.

Oyunçu "Gəncə"ya qarşı keçirdikləri yarımfinal oyunu barədə danışıb:

"İlk növbədə, bütün azarkeşlərimizi təbrik edirəm. Hər iki oyunda 3:0 hesablı qələbə qazandıq. Qarşıda final oyunumuz var. Güclü olan qalib gəlsin. Çempion olmaq istəyirik. Əsas odur ki, komanda həlledici görüşdə güclü oynasın. Rəqibi düşünmürük, əsas öz hazırlığımızdır. Təəssüf ki, Azərbaycanda final mərhələsi bir oyundan ibarətdir".

Qeyd edək ki, "Turan" yarımfinalda "Gəncə"ni hər iki görüşdə 3:0 hesabı ilə məğlub edərək finalda "DH Volley" kollektivinə rəqib olub.

Oxşar xəbərlər

"Turan"ın prezidenti Həsən Zeynalov: "Çempion olduqdan sonra Tovuza voleybol şəhəri demək olar"
Ziya Rəcəbov: "Finalda "Turan"ın qələbə qazanacağına inanıram"
Azərbaycan Yüksək Liqası: "Turan" Tovuzda "Gəncə"ni sınağa çəkəcək
Qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasında növbəti finalçı müəyyənləşib
Macarıstan çempionu olan Azərbaycan voleybolçusu: "Qarşımıza qoyduğumuz hədəflərə çatdıq"

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər