Evren Alkaya: "Basketbolçularımız rəqiblərlə başabaş mübarizə apara bilmirlər"
Azərbaycanın qadınlardan ibarət basketbol millisi rəqibləri ilə başabaş mübarizə apara bilmir.
Bunu "Sizinxeber.az"a açıqlamasında yığmanın baş məşqçisi Evren Alkaya bildirib.
O, komandanın Avropa çempionatının seçmə mərhələsində rəqiblərinə böyük fərqlə uduzmasının səbəbini qısa şəkildə izah edib:
"Geniş formada Ukrayna ilə keçirəcəyimiz matçdan sonra danışacağam. Lakin qısa olaraq bildirməliyəm ki, rəqiblərimizlə başabaş mübarizə apara bilmirik. Çünki basketbolçularımızın yaşı da azdır. Hamısı U-18, U-19 yığmalarının oyunçularıdır. Ukrayna ilə görüşdən sonra daha böyük açıqlama verməyi düşünürəm. Onsuz da hər matçın hekayəsi, demək olar ki, eynidir".
Qeyd edək ki, 2027-ci ildə keçiriləcək Avropa çempionatının seçmə mərhələsində Azərbaycan yığması Bolqarıstana (48:141, 40:120) və Monteneqroya (62:104, 35:94) hər iki oyunda, həmçinin Ukraynaya (34:98) məğlub olub.
Oxşar xəbərlər
Azərbaycanın qadın basketbol millisi səfərdə Monteneqro yığmasına uduzub
Evren Alkaya: "Azərbaycanı Avropa çempionatının B divizionunda ən yaxşı şəkildə təmsil etmək niyyətindəyik"
Azərbaycan millisinin baş məşqçisi: “Avropa çempionatının oyunlarına gənc komanda ilə çıxacağıq"
Azərbaycanın U-17 millisi Avropa çempionatının seçmə mərhələsində ikinci oyununu keçirib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin

