Azərbaycan millisinin voleybolçusu: "Yaxın gələcəkdə qələbələrimizlə xalqımızı sevindirəcəyik"
Kişilərdən ibarət voleybol millisi yaxın gələcəkdə öz qələbələri ilə Azərbaycan xalqını sevindirəcək.
Bunu "Report"a açıqlamasında yığma üzvü Elmin Alışanov deyib.
Təcrübəli oyunçu əvvəlcə Avropa çempionatının seçmə mərhələsində Belçika ilə keçirdikləri səfər matçını şərh edib:
"Səfərdə Belçikaya qarşı matçda əlimizdən gələni etməyə çalışdıq. Avropanın aparıcı voleybol komandalarından olan Belçika oyun səviyyəsi baxımından bizdən üstün idi. Bizim yığmanın heyətində yeni voleybolçular çoxluq təşkil edir. Demək olar ki, heyətin 70 faizi yenilənib. Biz də təcrübəli oyunçular olaraq onlara dəstək olmağa çalışırıq.
Onun Avstriyaya qarşı Bakıda baş tutan görüşlə bağlı fikirləri isə belə olub:
"Avstriya ilə ev matçında uğur qazanmaq istəyirdik. Təəssüf ki, istədiyimiz oyunu sərgiləyə bilmədik. Oyunçularımızın təcrübəsi imkan vermir ki, istədiyimiz nəticəni qazanaq. Əminəm ki, bu qarşılaşmaların hər biri yığmamız üçün böyük təcrübədir. Yaxın gələcəkdə öz qələbələrimizlə Azərbaycan xalqını sevindirəcəyik".
Qeyd edək ki, Azərbaycan yığması son iki qarşılaşmada Belçika və Avstriyaya 0:3 hesabı ilə uduzub.
Oxşar xəbərlər
Azərbaycan millisinin üzvü: Səhvlər daha yaxşı nəticə göstərməyimizə mane oldu
Azərbaycanın voleybol millisi bu gün növbəti oyununu keçirəcək
Azərbaycanın voleybol millisi Avstriyaya yollanıb
Azərbaycan millisinin baş məşqçisi: "Voleybolçularımız Avropa arenalarında təcrübə toplamaq mərhələsindədirlər"
Azərbaycan yığmasının baş məşqçisi: Rəqiblərimizlə müqayisədə bizim heyət gənc və təcrübəsizdir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Kadir İnanır vəfat etdi
-
Dünya Bankı Ukraynaya 3,4 milyard dollar ayıracaq
-
Şənbə günü leysan yağacaq, güclü külək əsəcək
-
DÇ-2026: Kurasao - Fildişi Sahili oyununda ilk qol vurulub - YENİLƏNİR
-
Vinçentso Montella: "Bu qələbəni qazanmaq çox vacib idi"
-
DÇ-2026: Türkiyə ABŞ ilə matçda hfasiləyə öndə yollanıb - YENİLƏNİR-4
