Sizinxeber.az » İdman » Komanda » Azərbaycan millisinin baş məşqçisi: "Voleybolçularımız Avropa arenalarında təcrübə toplamaq mərhələsindədirlər"

Azərbaycan millisinin baş məşqçisi: "Voleybolçularımız Avropa arenalarında təcrübə toplamaq mərhələsindədirlər"

Azərbaycan voleybolçuları Avropa arenalarında təcrübə toplayırlar.

Bunu "Report"a açıqlamasında Azərbaycanın kişilərdən ibarət voleybol millisinin baş məşqçisi Fərid Cəlalov deyib.

O, yığmanın ötən gün Avropa çempionatının seçmə mərhələsində Belçikaya məğlub olmasını şərh edib:

"Əslində 0:3 hesabı ilə uduzmuşuqsa, müsbət məqamdan danışmaq çətindir. Lakin əminəm ki, voleybolçularımız Avropa arenalarında ciddi təcrübə toplayırlar. Oyunçularımız əllərindən gələni etdilər. Rəqibin 5 voleybolçusu İtaliya çempionatında çıxış edir. Voleybolçuların müqayisəsini aparsaq, görərik ki, onlar çox güclüdürlər".

Mütəxəssis millinin gənc oyunçulardan təşkil olunmasını xatırladıb:

"Dəfələrlə bildirmişəm ki, yığmamız gənc oyunçulardan təşkil olunub. Voleybolçularımız hazırda təcrübə toplamaq mərhələsindədirlər. 3 il əvvəlki millinin heyəti ilə indiki arasında böyük fərqlər var. Kənan Allahverdiyev və Elmin Alışanovdan başqa bütün oyunçular yenidir. Elə oyunçulara şans veririk ki, onlar birinci və ya ikinci dəfədir meydana çıxırlar. Daxili çempionatda çıxış edən gəncləri milliyə cəlb edib, gələcək üçün yetişdirmək istəyirik".

F.Cəlalov milli komandanın gələcəkdə beynəlxalq yarışlarda uğur qazanacağına inanır:

"Düşünürəm ki, yığmamıza 3-4 il sınaq müddəti təyin edilməlidir ki, bu cür yarışlarda güclərini sınasınlar. Qarşıdakı illərdə güclü komandaya çevriləcəyimizə inanıram. Bir problemimiz isə boyla bağlıdır. Avropada çıxış edən voleybolçuların əksəriyyətinin boyları bizim oyunçularımzdan ucadır".

Qeyd edək ki, Azərbaycan millisi avqustun 16-da Avstriyanı qəbul edəcək. Komanda daha əvvəl evdə Belçikaya, səfərdə Avstriyaya 0:3 hesabı ilə uduzub.

DİGƏR XƏBƏRLƏR

Комментарии

ƏN ÇOX OXUNAN / ŞƏRH EDİLDİ
  1. ABŞ əsas danışıqlardan əvvəl İrana hərbi təzyiqi artırır
  2. Daha ucuz, daha sürətli, daha güclü: Süni intellekt yarışına yenisi qoşuldu
  3. "TikTok"da vətəndaşlara tələ qurulub: Yeni dələduzluq sxemi ifşa olundu - VİDEO
  4. Belqradda Prezident İlham Əliyevin Serbiya Prezidenti Aleksandar Vuçiçlə təkbətək görüşü keçirilib
  5. Belqradda Azərbaycan və Serbiya arasında Strateji Tərəfdaşlıq Şurasının 1-ci iclası keçirilir
  6. İlham Əliyev Münhen konfransı çərçivəsində panel iclasda iştirak edir - CANLI YAYIM
  7. Prezident: Azərbaycan birtərəfli qaydada Ermənistana malların tranziti üzərindəki məhdudiyyətləri aradan qaldırıb
  8. İlham Əliyev: ABŞ-nin Vitse-prezidentinin səfəri çox mühüm idi
  9. İlham Əliyev: "Biz daimi olacağına ümid etdiyimiz sülh dövrünə qədəm qoymuşuq"
  10. Prezident İlham Əliyev Münhendə "France 24" telekanalına müsahibə verib
sss
«    Fevral 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
232425262728 
SÖZÜM VAR !