Azərbaycan basketbol millisinin baş məşqçisi: "Növbəti Avropa çempionatında daha uğurlu çıxış edəcəyik"
sizinxeber.az xəbər saytı

Azərbaycan basketbol millisinin baş məşqçisi: "Növbəti Avropa çempionatında daha uğurlu çıxış edəcəyik"


Azərbaycanın 18 yaşadək oğlanlardan ibarət basketbol millisi növbəti Avropa çempionatında daha yaxşı çıxış edəcək.

Bunu "Report"a açıqlamasında Azərbaycanın U-18 millisinin baş məşqçisi Anar Sarıyev deyib.

Mütəxəssis yığmanın Avropa çempionatının B divizionundakı çıxışını dəyərləndirib:

"Çətin qrupa düşdüyümüzü söyləməliyəm. Bizimlə eyni qrupda mübarizə aparan Danimarka B divizionunun qalibi oldu. Rumıniya üçüncü yer uğrunda qarşılaşmada mübarizə apardı. Gürcüstan isə 11-ci yerə çıxdı. Demək istəyirəm ki, qrupdakı komandaların səviyyəsi bəlli idi. Keçirdiyimiz qarşılaşmalar oyunçularımız üçün böyük təcrübə oldu. Çünki orada iştirak edən komandaların üzvlərinin əksəriyyəti ötən il də bu yarışda iştirak ediblər. Kosova ilə matç B divizionundakı yerimizi qorumaq baxımından bizim üçün önəmli idi. İnşallah, növbəti Avropa çempionatında daha uğurlu çıxış edəcəyik".

Qeyd edək ki, Azərbaycan millisi Rumıniyanın Piteşti şəhərində keçirilən Avropa çempionatının B divizionunun B qrupunda meydan sahibi komandaya (34:60), Gürcüstan (66:82), Danimarka (49:91), Ukrayna (67:71), İrlandiya (57:62) və Portuqaliyaya (54:68) məğlub olub. Komanda son matçda Kosovoya qalib gələrək (81:77) B divizionunda yerini qoruyub.

Oxşar xəbərlər

Azərbaycanın badminton millisinin baş məşqçisi: "Avropa çempionatında çox güclü qrupda mübarizə aparacağıq"
Evren Alkaya: "Azərbaycanı Avropa çempionatının B divizionunda ən yaxşı şəkildə təmsil etmək niyyətindəyik"
Azərbaycanın basketbol millisi Türkiyədə təlim-məşq toplanışı keçəcək
Azərbaycan millisinin baş məşqçisi: “Ümid edirəm ki, Avropa çempionatında qələbələr qazanacağıq”

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər