Azərbaycanın badminton millisinin baş məşqçisi: "Avropa çempionatında çox güclü qrupda mübarizə aparacağıq"
Çox güclü qrupda mübarizə aparacağıq.
"Sizinxeber.az" xəbər verir ki, bunu Azərbaycanın badminton millisinin baş məşqçisi Morteza Validarvi federasiyanın mətbuat xidmətinə açıqlamasında iştirak edəcəkləri qarışıq komandaların Avropa çempionatı ilə bağlı danışarkən deyib.
Mütəxəssis yarışın gənc idmançılara böyük təcrübə qazandıracağını bildirib:
“Biz çox güclü qrupda mübarizə aparacağıq. Bu yarış idmançılarımız üçün mühüm təcrübə olacaq. Burada dünyanın müxtəlif ölkələrindən güclü badmintonçular iştirak edəcək. Bizim komandamızda 14 yaşında idmançı da var. Onu heyətə cəlb etməkdə əsas məqsədimiz belə bir yarışda təcrübə qazanmasına şərait yaratmaqdır. Ümumiyyətlə, millimizin yarısı gənclərdən ibarətdir”.
Qeyd edək ki, Avropa çempionatı fevralın 12-dən 16-dək Bakı İdman Sarayında təşkil olunacaq. Azərbaycan millisi Danimarka, İngiltərə və İspaniya yığmaları ilə eyni qrupda mübarizə aparacaq.
Oxşar xəbərlər
Qurban Qurbanov: Dünyanın ən güclü çempionatında iştirak edən kluba qarşı mübarizə aparacağıq
Azərbaycan badminton millisinin baş məşqçisi: "Bizim yer aldığımız qrup daha çətindir"
Azərbaycan millisinin baş məşqçisi: "Dünya çempionatı futbolçular üçün böyük təcrübə oldu"
Azərbaycan millisinin baş məşqçisi: "Cüdoçularımız Gimnaziadada yaxşı təcrübə qazandılar"
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Kadir İnanır vəfat etdi
-
Şənbə günü leysan yağacaq, güclü külək əsəcək
-
Vinçentso Montella: "Bu qələbəni qazanmaq çox vacib idi"
-
DÇ-2026: Türkiyə ABŞ ilə matçda hfasiləyə öndə yollanıb - YENİLƏNİR-4
-
Elm və Təhsil Nazirliyi cari tədris ilinin hesabatını YAYDI
-
DÇ-2026: Tunisə qalib gələn Niderland qrupunu birinci sırada bitirib - YENİLƏNİB-6
