"Neftçi"nin şikayəti təmin edilmədi
sizinxeber.az xəbər saytı

"Neftçi"nin şikayəti təmin edilmədi


AFFA Apellyasiya Arbitraj Tribunalı "Neftçi" klubunun bir şikayətini təmin etməyib.

BAKU.WS xəbər verir ki, bu barədə milli assosiasiyanın rəsmi saytı məlumat yayıb.

AFFA İntizam Komitəsinin martın 11-də azarkeşlərin təhqiramiz ifadələr səsləndirməsinə görə klubu cərimələməsi barədə qərarı qüvvədə saxlanılıb. Fanatlar Misli Premyer Liqasında "Turan Tovuz"la görüşdə hakimləri təhqir etdiyi üçün "ağ-qaralar" 8 000 manat ziyana düşüb.

Bundan əlavə, Bakı təmsilçisinin daha bir şikayətinə baxılması təxirə salınıb. Komanda tərəfləri təhqiredici pankart açdığına görə klub 15 000 manat cərimə edilmişdi.

Bildirilib ki, bu qərar verilmiş şikayətə baxılması əlavə sübutların toplanılması və tədqiq edilməsi zəruriliyi baxımından təxirə salınıb.

Oxşar xəbərlər

AFFA Apellyasiya Arbitraj Tribunalı "Neftçi"nin şikayətini təmin etməyib
Hakimləri təhqir edən mütəxəssislə bağlı qərar qüvvədə saxlanılıb
AFFA II Liqa klubunun şikayətini qismən təmin edib
AFFA klub prezidenti ilə bağlı şikayəti təmin etməyib
AFFA "Səbail"in şikayətini təmin etməyib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər