AVRO-2027-nin seçmə mərhələsi: Azərbaycan millisi növbəti oyununda da uduzub
sizinxeber.az xəbər saytı

AVRO-2027-nin seçmə mərhələsi: Azərbaycan millisi növbəti oyununda da uduzub


Qadın basketbolçulardan ibarət Azərbaycan millisi 2027-ci ildə keçiriləcək Avropa çempionatının seçmə mərhələsində növbəti oyununu keçirib.

"Report"un məlumatına görə, Evren Alkayanın baş məşqçisi olduğu kollektiv Bakıda Ukrayna yığması ilə üz-üzə gəlib.

Bakı İdman Sarayında baş tutan qarşılaşma rəqib komandanın 73:55 hesablı qələbəsi ilə bitib.

Xatırladaq ki, Azərbaycan yığması AVRO-2027-nin seçmə mərhələsində daha əvvəl iki oyunda Bolqarıstanla (48:141, 40:120) Monteneqroya (62:104, 35:94), həmçinin Ukraynaya (34:98) uduzub.

Oxşar xəbərlər

AVRO-2027-nin seçmə mərhələsi: Azərbaycan millisi növbəti oyununu keçirəcək
Azərbaycanın qadın basketbol millisi səfərdə Monteneqro yığmasına uduzub
Azərbaycanın basketbol millisi səfərdə Polşa yığmasına uduzub
Azərbaycan millisi AVRO-2025-in seçmə mərhələsində Belçikaya məğlub olub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər