Azərbaycan Premyer Liqası: XXVIII turun açılış oyununda azarkeş rekordu qeydə alınıb
sizinxeber.az xəbər saytı

Azərbaycan Premyer Liqası: XXVIII turun açılış oyununda azarkeş rekordu qeydə alınıb


Misli Premyer Liqasının XXVIII turunun açılış matçını, “Turan Tovuz” – “Qarabağ” oyununu 6500 tamaşaçı izləyib.

"Report"un məlumatına görə, bu, Qərb təmsilçisi üçün çempionatdakı yeni rekorddur.

2022/2023 mövsümündən Premyer Liqada çıxış edən Tovuz klubunun ev matçlarında bundan çox izləyici olmayıb. Əvvəlki qarşılaşmalarda rekord 6000-ə bərabər idi.

Bu göstəriciyə 3 dəfə təsadüf olunub. 2023-cü il oktyabrın 20-də (2:2), 2024-cü il martın 17-də (1:3) və noyabrın 1-də (0:0) “Qarabağ”a qarşı keçirilən görüşləri 6000 seyrçi izləyib.

Oxşar xəbərlər

"Turan Tovuz" Premyer Liqada 100-cü oyununu keçirib
Premyer Liqa: "Qarabağ" bu gün "Turan Tovuz"la üz-üzə gələcək
Premyer Liqa: "Qarabağ" səfərdə "Turan Tovuz"a qalib gəlib
Premyer Liqa: "Turan Tovuz" - "Qarabağ" görüşündə qalib müəyyənləşməyib
"Turan Tovuz" Premyer Liqada yubiley qələbəsini əldə edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər