Argentina millisinin üzvü Bakıda keçirilən dünya çempionatının təşkilatçılığından razıdır
sizinxeber.az xəbər saytı

Argentina millisinin üzvü Bakıda keçirilən dünya çempionatının təşkilatçılığından razıdır


"Təşkilatçılıqla bağlı yalnız müsbət fikirlər səsləndirə bilərəm".

Bunu "Report"a açıqlamasında Argentina yığmasının futbolçusu Lusiano Monserrat Bakıda keçirilən minifutbol üzrə dünya çempionatı haqqında danışarkən deyib.

O, yarışın təşkilatçılığı barədə xoş ifadələr işlədib:

"Hər şey çox yaxşı təşkil olunub. Bakı gözəl şəhərdir. Milli Gimnastika Arenası futbol oynamaq üçün əlverişlidir".

L.Monserrat mundialdakı çıxışlarına da toxunub:

"Son olaraq Gürcüstanla qarşılaşdıq, məğlub olmaq istəməzdik. Rəqib komandaların heyətlərinin əksəriyyəti peşəkar oyunçulardan qurulub. Bizdə isə elə futbolçu yoxdur. Dünya çempionatına gələrkən əsas hədəfimiz qrupdan çıxmaq idi".

Qeyd edək ki, Argentina yer aldığı G qrupunda Çexiyaya 1:2, Gürcüstana isə 1:6 hesabı ilə uduzub.

Oxşar xəbərlər

Bəhreyn yığmasının futbolçusu: "Azərbaycan mundialın necə təşkil olunmasını bütün dünyaya göstərdi"
İsrail Minifutbol Federasiyasının nümayəndəsi: "Bakıdakı dünya çempionatı çox gözəl təşkil olunub"
ABŞ minifutbol yığmasının üzvü: "Milli Gimnastika Arenasına heyran qaldıq"
Azərbaycan millisinin baş məşqçisi: "Dünya çempionatının Bakıda keçirilməsi böyük idman hadisəsidir"
Argentina millisi ilə dünya çempionu olan futbolçu vəfat edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle