Premyer Liqa:  "Qarabağ" və "Neftçi" cari mövsüm sonuncu oyunlarını keçirəcəklər
sizinxeber.az xəbər saytı

Premyer Liqa: "Qarabağ" və "Neftçi" cari mövsüm sonuncu oyunlarını keçirəcəklər


Bu gün "Qarabağ" və "Neftçi" komandaları Misli Premyer Liqasında cari mövsüm sonuncu oyunlarını keçirəcəklər.

"Report" xəbər verir ki, sonuncu - XXXVI turda Ağdam təmsilçisi səfərdə "Şamaxı"nın qonağı olacaq.

Şamaxı şəhər stadionundakı qarşılaşma saat 17:00-da başlayacaq.

"Neftçi" isə sonuncu turda, “Bank Respublika Arena”da "Sabah"la üz-üzə gələcək. Görüşün start fiti saat 19:30-da səslənəcək.

2024/2025 mövsümündə ölkə çempionluğunu rəsmiləşdirən "köhlən atlar" 86 xalla liderdir. "Sabah" 45 xalla beşinci, "Neftçi" 43 xalla altıncıdır. 36 xala malik "Şamaxı" isə yeddinci sırada yer alıb.

Misli Premyer Liqası

IV dövrə, XXXVI tur

23 may

Misli Premyer Liqası

IV dövrə, XXXVI tur

24 may

17:00. “Şamaxı” – “Qarabağ”

Hakimlər: Rauf Cabarov, Zöhrab Abbasov, Tərlan Talıbzadə, Əkbər Əhmədov.

VAR: Elçin Məsiyev.

AVAR: Pərvin Talıbov.

Hakim-inspektor: Ömər Paşayev.

AFFA nümayəndəsi: Elçin Mehtiyev.

Şamaxı şəhər stadionu

19:30. “Sabah” – “Neftçi”

Hakimlər: Tural Qurbanov, Asiman Əzizli, Kərim Zeynalov, Kamranbəy Rəhimov.

VAR: Rəvan Həmzəzadə.

AVAR: Kamran Bayramov.

Hakim-inspektor: İmanxan Sultani.

AFFA nümayəndəsi: Elgiz Abbasov.

“Bank Respublika Arena”

Qeyd edək ki, tura mayın 25-də yekun vurulacaq.

Oxşar xəbərlər

Premyer Liqa: "Neftçi" və "Qarabağ" növbəti oyunlarını keçirəcəklər
Premyer Liqa: "Qarabağ" bu gün "Neftçi" ilə qarşılaşacaq
APL-də XXI tur: "Sabah" "Kəpəz"in, "Şamaxı" "Neftçi"nin qonağıdır
Azərbaycan Premyer Liqasında son turun təyinatları açıqlanıb
Premyer Liqa: "Neftçi" bu gün "Sabah"la qarşılaşacaq

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər