Azərbaycanlı FIFA referisi Avropa çempionatının oyununu idarə edəcək
sizinxeber.az xəbər saytı

Azərbaycanlı FIFA referisi Avropa çempionatının oyununu idarə edəcək


FIFA referisi Kamal Umudlu UEFA-dan növbəti təyinat alıb.

"Report" xəbər verir ki, o, 17 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının final mərhələsinin A qrupu çərçivəsində keçiriləcək Albaniya – Almaniya oyununun baş hakimi olacaq.

Ona finlandiyalı Olli Jantunen və xorvatiyalı Luka Pajić kömək edəcəklər. Dördüncü hakim funksiyasını xorvatiyalı Patrik Kolarić yerinə yetirəcək.

Qrup mərhələsinin II turunun qarşılaşması mayın 22-də Elbasan şəhərinin eyniadlı stadionunda keçiriləcək.

Qeyd edək ki, Kamal Umudlu Avropa çempionatının final mərhələsinə ehtiyat hakim kimi təyinat almışdı. Lakin qitə birinciliyinin ümumi siyahısında yer alan baş hakimlərdən biri zədələndiyindən, onu K.Umudlu əvəzləyib.

Oxşar xəbərlər

Azərbaycanın FIFA referisi Avropa çempionatının final mərhələsinə təyinat alıb
Azərbaycanın FIFA referisi Avropa Liqasının oyununa təyinat alıb
Azərbaycanın FIFA referisi növbəti təyinat alıb
Azərbaycanın FIFA referisi yeni təyinat alıb
Azərbaycanın FIFA referisi pley-off matçına təyinat alıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər