Minifutbol üzrə Azərbaycan millisi dünya çempionatında uğurlu çıxış edərsə yığma üzvlərinə mükafat paylanacaq
sizinxeber.az xəbər saytı

Minifutbol üzrə Azərbaycan millisi dünya çempionatında uğurlu çıxış edərsə yığma üzvlərinə mükafat paylanacaq


Minifutbol üzrə Azərbaycan millisi dünya çempionatında uğurlu çıxış edərsə yığma üzvlərinə mükafat paylanacaq.

"Report" xəbər verir ki, bu barədə Bakıda keçiriləcək Minifutbol üzrə dünya çempionatına həsr olunan mətbuat konfransında Azərbaycan Minifutbol Federasiyasının (AMF) icraçı vitse-prezidenti Taleh Nəsibov bildirib.

Federasiya rəsmisi futbolçulara veriləcək məbləği açıqlamayıb:

"Təbii ki, sözügedəb mükafatın məbləğini açıqlaya bilmərik. Lakin artıq baş məşçi Elşad Quliyev bu barədə məlumatlıdır və futbolçulara öz sözünü çatdırıb. İnanırıq ki, qələbə bizimlə olacaq".

Qeyd edək ki, dünya çempionatı 21 may - 1 iyun aralığında Milli Gimnastika Arenasında keçiriləcək. Azərbaycan yığması 32 komandanın iştirak edəcəyi mundialın A qrupunda Sloveniya, Mavritaniya və Bəhreynlə mübarizə aparacaq.

Oxşar xəbərlər

AMF rəsmisi: "Dünya çempionatının Azərbaycanın adına layiq səviyyədə keçməsini istəyirik"
Azərbaycan minifutbol millisinin baş məşqçisi: "Xalqımıza sevinc bəxş edəcəyimizə inanıram"
Taleh Nəsibov: "Bakıda keçiriləcək mundialın minifutbol tarixində ən yaxşılar sırasında olacağına inanırıq"
Azərbaycan millisinin kapitanı: "Dünya çempionatının qalibi olmağı çox istərdim"
Azərbaycan minifutbol millisinin Bakıda keçiriləcək mundiala hazırlıq planı müəyyənləşib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər