Azərbaycan minifutbol millisinin baş məşqçisi: "Xalqımıza sevinc bəxş edəcəyimizə inanıram"
Xalqımıza sevinc bəxş edəcəyimizə inanıram.
"Sizinxeber.az" xəbər verir ki, bunu Bakıda keçiriləcək Minifutbol üzrə dünya çempionatına həsr olunan mətbuat konfransında Azərbaycan yığmasının baş məşqçisi Elşad Quliyev deyib.
O, turnirə ciddi hazırlaşdıqlarını söyləyib:
"Ölkəmizdə belə turnirin keçirilməsi təqdirəlayiq haldır. Əlimizdən gələni edəcəyik ki, Azərbaycan xalqına sevinc bəxş edək. İstər taktiki-texniki, istərsə də psixoloji cəhətdən mundiala hazırıq".
Qeyd edək ki, dünya çempionatı 21 may - 1 iyun aralığında Milli Gimnastika Arenasında keçiriləcək. Azərbaycan yığması 32 komandanın iştirak edəcəyi mundialın A qrupunda Sloveniya, Mavritaniya və Bəhreynlə mübarizə aparacaq.
Oxşar xəbərlər
Azərbaycan millisinin kapitanı: "Dünya çempionatının qalibi olmağı çox istərdim"
Azərbaycan millisinin baş məşqçisi: "Dünya çempionatının Bakıda keçirilməsi böyük idman hadisəsidir"
AMF rəsmisi: "Dünya çempionatının Azərbaycanın adına layiq səviyyədə keçməsini istəyirik"
Minifutbol üzrə Azərbaycan millisi dünya çempionatında uğurlu çıxış edərsə yığma üzvlərinə mükafat paylanacaq
Azərbaycan minifutbol millisinin Bakıda keçiriləcək mundiala hazırlıq planı müəyyənləşib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













