Çempionlar Liqasının ilk finalçısı məlum olub
İtaliyanın “İnter” klubu Çempionlar Liqasının yarımfinal mərhələsinin cavab matçında İspaniyanın “Barselona” klubuna əlavə vaxtda 4:3 hesabı ilə qalib gələrək finala yüksəlib.
“Sizinxeber.az” xəbər verir ki, görüş Milanda baş tutub.
“İnter”in qollarını Lautaro Martines (21), Hakan Çalhanoğlu (45+1-p.), Françesko Açerbi (90+3) və Davide Frattezi (99) vurub.
“Barselona”nın heyətində Erik Qarsiya (54), Dani Olmo (60) və Rafinya (87) fərqlənib.
Komandalar arasında ilk görüş 3:3 hesabı ilə başa çatıb.
“İnter” finalda Fransanın PSJ və İngiltərənin “Arsenal” klubları arasında keçiriləcək görüşün qalibi ilə qarşılaşacaq.
İlk görüş Londonda baş tutub və 1:0 hesabı ilə PSJ-nin xeyrinə başa çatıb. Cavab oyunu bu gün Parisdə baş tutacaq.
Oxşar xəbərlər
UEFA Çempionlar Liqası: “İnter” - “Barselona” oyununda qalib müəyyən olunmayıb
UEFA Çempionlar Liqası: "Barselona", PSJ, "İnter" və “Bavariya” 1/4 finala adlayıb
"İnter"in hücumçusu "Barselona" ilə cavab oyununu buraxa bilər
UEFA Çempionlar Liqası: İlk finalçının adına İtaliyada aydınlıq gələcək
UEFA Çempionlar Liqası: “İnter” İspaniyada “Barselona”nın qonağı olacaq
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













