"İnter"in hücumçusu "Barselona" ilə cavab oyununu buraxa bilər
sizinxeber.az xəbər saytı

"İnter"in hücumçusu "Barselona" ilə cavab oyununu buraxa bilər


İtaliyanın "İnter" klubunun hücumçusu Lautaro Martines UEFA Çempionlar Liqasının yarımfinal mərhələsində qarşılaşacaqları "Barselona" (İspaniya) ilə cavab oyununu buraxa bilər.

"Report" xarici KİV-ə istinadən xəbər verir ki, argentinalı futbolçu ilk qarşılaşmada (3:3) zədələndiyi üçün növbəti görüşdə meydana çıxmamaq təhlüləsi ilə üz-üzədir.

Müayinədən sonra 27 yaşlı oyunçuya sol ombanın əyilməsindən məsul olan əzələlərin gərginliyi diaqnozu qoyulub.

Qeyd edək ki, Lautaro Martines bu mövsüm bütün yarışlarda 47 matçda 21 qol vurub. "İnter" və "Barselona" komandaları arasında cavab matçı mayın 6-da gerçəkləşəcək.

Oxşar xəbərlər

UEFA Çempionlar Liqası: “İnter” İspaniyada “Barselona”nın qonağı olacaq
UEFA Çempionlar Liqası: “İnter” - “Barselona” oyununda qalib müəyyən olunmayıb
KİV: "Barselona" - "İnter" oyunu təxirə salına bilər
"Dinamo"nun iki futbolçusu "Qarabağ"la cavab oyununu buraxa bilər
“İnter”in aparıcı futbolçusu “Barselona” ilə oyunu buraxmalı olacaq

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər