UEFA Çempionlar Liqası: "Barselona", PSJ, "İnter" və “Bavariya” 1/4 finala adlayıb
UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin cavab oyunları keçirilib.
“Report”un məlumatına görə, ilk oyun günündə 4 matç baş tutub.
“Barselona” evdə “Benfika”nı qəbul edib. Oyun meydan sahiblərinin 3:1 hesablı qələbəsi ilə başa çatıb. Bununla da "Barselona" Çempionlar Liqasının 1/4 final mərhələsinə adlayan ilk komanda olub.
Mərhələnin ən gərgin oyunu “Liverpul”la PSJ arasında olub. Qarşılaşmanın əsas hissəsi PSJ-nin 1:0 hesabı ilə qələbəsi ilə başa çatıb. Lakin ilk oyun "Liverpul"un eyni hesablı qələbəsi ilə başa çatdığından komandalar 30 dəqiqəlik əlavə vaxtı oynamalı olublar. Ancaq əlavə vaxtda da qalib müəyyən edilmədiyindən matçın ən güclüsünü penaltilərlə müəyyənləşdirmək lazım gəlib. Penaltilər seriyasında PSJ qalib olub - 4:1.
“İnter” “Feyenoord”la mübarizədən qalib çıxıb – 2:1. “Bavariya” isə “Bayer 04”ün qonağı olub. Qarşılaşma qonaqların 2:0 hesablı qələbəsi ilə başa çatıb.
UEFA Çempionlar Liqası
1/8 final, cavab görüşləri
11 mart
21:45. “Barselona” (İspaniya) - “Benfika” (Portuqaliya) – 3:1.
İlk oyun - 1:0.
00:00. “Liverpul” (İngiltərə) - PSJ (Fransa) – 1:4 (penaltilər).
İlk oyun - 1:0.
00:00. “İnter” (İtaliya) - “Feyenoord” (Niderland) – 2:1.
İlk oyun - 2:0.
00:00. “Bayer 04” (Almaniya) - “Bavariya” (Almaniya) – 0:2.
İlk oyun - 0:3.
Qeyd edək ki, 1/8 finalın digər dörd cavab matçı bu gün keçiriləcək.
Oxşar xəbərlər
UEFA Çempionlar Liqası: “Liverpul” PSJ-dən üstün olub, “Bavariya” “Bayer 04”ü darmadağın edib
Bu gün UEFA ÇL-da 1/8 final mərhələsinin cavab oyunlarına start verilib
UEFA Çempionlar Liqası: “Brügge” səfərdə qalib gəlib, “Bavariya” 1/8 finala yüksəlib
UEFA Çempionlar Liqası: Bu gün 1/8 finalın cavab qarşılaşmalarına strat veriləcək
UEFA Çempionlar Liqası: Bu gün 1/8 finalın daha 4 matçı keçiriləcək
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Pezeşkian müharibənin dayandırılmasında köməyə görə Pakistana təşəkkür edib - YENİLƏNİB
-
Navrotski Zelenskinin Ağ Qartal Ordenindən məhrum edilməsi qərarına aydınlıq gətirib
-
"Neftçi" 3x3 basketbol üzrə Dünya Seriyasının Sumqayıt mərhələsində 1/4 finala yüksəlib
-
DÇ-2026: Almaniya - Fildişi Sahili oyununda ikinci hissə başlayıb - YENİLƏNİR-3
-
Altıncı "Yüksəliş" müsabiqəsinin idarəetmə bacarıqları imtahanının nəticələri elan olunub
-
İran nümayəndə heyəti İsveçrəyə gedib
