sizinxeber.az xəbər saytı
sizinxeber.az xəbər saytı
"Mançester Siti" "Tottenhem"in futbolçusunu transfer etməyi düşünür
İngiltərənin "Mançester Siti" klubu digər Premyer Liqa təmsilçisi "Tottenhem"in müdafiəçisi Pedro Porronu transfer etməyi düşünür.
"Sizinxeber.az" "TBR Football"a istinadən xəbər verir ki, hotspurlular bu keçidə müsbət yanaşır və 25 yaşlı oyunçunu 50 milyon funt-sterlinqə satmağa hazırdır.
"Şəhərlilər" Porronu bu mövqedə çıxış edən Kayl Uokerin əvəzləyicisi kimi görür.
Qeyd edək ki, Pedro Porro daha əvvəl 2019-2022-ci illərdə “Mançester Siti”də çıxış edib. O, cari mövsüm "Tottenhem"in heyətində bütün turnirlərdə 46 oyun keçirib və 3 qol vurub. İspaniyalı futbolçunun klubu ilə olan müqavilə müddəti 2028-ci ilin yayında başa çatacaq.
Oxşar xəbərlər
"Mançester Siti" yayda İspaniya klubunun futbolçusunu transfer etməyi düşünür
"Mançester Siti" yayda portuqaliyalı qapıçını transfer edə bilər
"Mançester Yunayted" "Tottenhem"in əsas hücumçusunu transfer etmək istəyir
"Mançester Siti" ardıcıl beşinci dəfə məğlub olub
"Fənərbağça" "Mançester Siti"nin ulduz futbolçusunu transfer edə bilər
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













