"Qarabağ" Premyer Liqanın XXIX turunda "Zirə"ni məğlub edib
sizinxeber.az xəbər saytı

"Qarabağ" Premyer Liqanın XXIX turunda "Zirə"ni məğlub edib


Misli Premyer Liqasının XXIX turunda "Qarabağ" "Zirə"ni məğlub edib.

"Report" xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən oyunda ev sahibləri 1:0 hesablı qələbəyə sevinib.

Yeganə qolu 15-ci dəqiqədə Kadi Korqes vurub.

"Qartallar"ın heyətində 90+9-cu dəqiqədə Qismət Alıyev penalti zərbəsindən yararlana bilməyib.

Ağdam təmsilçisi 70 xalla turnir cədvəlinə başçılıq edir. 55 xala malik "Zirə" ikincidir.

Qeyd edək ki, turun əvvəlki qarşılaşmalarında "Səbail" doğma meydanda "Turan Tovuz"la qolsuz heç-heçəyə razılaşıb. "Kəpəz" səfərdə "Sabah"a (1:0) qalib gəlib.

Oxşar xəbərlər

Premyer Liqa: Bu gün "Qarabağ" "Zirə" ilə qarşılaşacaq
Premyer Liqa: "Kəpəz" səfərdə "Sabah"a qalib gəlib
Premyer Liqa: "Zirə" "Qarabağ"a qalib gəlib
Premyer Liqanın XVIII turunda "Zirə" "Səbail"i məğlub edib
"Neftçi" səfərdə "Zirə"yə qalib gəlib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər