Azərbaycan klubunun baş məşqçisi 5 oyunluq cəzalanıb
sizinxeber.az xəbər saytı

Azərbaycan klubunun baş məşqçisi 5 oyunluq cəzalanıb


Azərbaycan II Liqasında çıxış edən “Ağdaş” klubunun baş məşqçisi Ruslan Hüseynov 5 oyunluq cəzalanıb.

“Sizinxeber.az” xəbər verir ki, bu barədə AFFA İntizam Komitəsinin iclasında qərar qəbul olunub.

Buna mütəxəssisin XXI turun “Füzuli” ilə matçı bitdikdən sonra hakimin qərarına etiraza görə birbaşa qırmızı vərəqə aldıqdan sonra hakimləri təhqir və təhdid etməsi səbəb olub. Onun bu hərəkətinə görə Ağdaş təmsilçisi 400 manat ziyana düşüb.

Bölgə klubu oyun bitdikdən sonra futbolçular tərəfindən stadionun paltardəyişmə otağına vurulan zərəri də qarşılayacaq.

Bundan əlavə, “Ağdaş” klubu 6 futbolçunun sarı vərəqə almasına görə 70 manat cərimələnib.

Oxşar xəbərlər

"Ağdaş" klubunun futbolçusu 4 oyunluq cəzalandırılıb
Azərbaycan klubunun prezidenti 5 oyunluq cəzalanıb
Azərbaycan klubunun baş məşqçisi 5 oyunluq cəzalandırılıb 
"Turan Tovuz" klubu 3500 manat cərimələnib, məşqçi Ruslan Abışov cəzalanıb
AFFA İntizam Komitəsi hakimlər otağına girən baş məşqçini cəzalandırıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər