Çili və Braziliya klublarının oyunundan öncə iki azarkeş ölüb
sizinxeber.az xəbər saytı

Çili və Braziliya klublarının oyunundan öncə iki azarkeş ölüb


Çilinin "Kolo-Kolo" və Braziliyanın "Fortaleza" komandaları arasında Libertadores Kubokunun oyunundan öncə iki azarkeş ölüb.

"Sizinxeber.az" xarici KİV-ə istinadən xəbər verir ki, hadisə Çilinin Santyaqo şəhərindəki "Monumental" stadionunun yaxınlığında, bir qrup azarkeşin güclə arenaya girməyə cəhd göstərməsi və qoruyucu maneələrdən birini yıxması zamanı baş verib.

Azarkeşlər hasarın altında qalıb, nəticədə biri yerində, digəri xəstəxanada dünyasını dəyişib.

70-ci dəqiqədə yerli azarkeşlərin meydana yad əşyalar atmağa başlamasından sonra matç dayandırılıb. Daha sonra "Fortaleza"nın oyunçuları gizlənmək üçün paltardəyişmə otağına tərəf qaçıblar.

Olayların dayanmadığını görən qarşılaşmanın baş hakimi oyunu bitirməmək qərarına gəlib.

Oxşar xəbərlər

İtaliyada avrokubok oyunundan əvvəl üç azarkeş bıçaqlanıb
"Fənərbağça" - "Beşiktaş" oyunu yarımçıq dayandırılıb
Çili millisinin sabiq üzvü 41 yaşında karyerasını bitirib
“Mançester Siti” – “Mançester Yunayted” oyununda azarkeş dünyasını dəyişib
Azarkeşlər Serbiya klubunun baş məşqçisinə xəsarət yetiriblər

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər