Almaniya millisi ilə dünya çempionu olan futbolçu karyerasını bitirəcəyini açıqlayıb
Almaniya millisinin sabiq müdafiəçisi Mats Hummels cari mövsümün sonu karyerasını başa vuracaq.
"Report" xəbər verir ki, bu barədə o, sosial şəbəkə hesabında məlumat verib.
"Hazırda hisslərimi sözlə ifadə etmək çətindir. Elə an gəlir ki, heç bir futbolçu ondan qaça bilmir. 18 il futbolda ömür keçdikdən sonra böyük xoşbəxtliklə təqaüdə çıxıram. Qələbə qazandığım oyunların videolarına baxanda anlayıram ki, çox gözəl anlar yaşamışam", - deyə "Roma"nın (İtaliya) üzvü bildirib.
Qeyd edək ki, 36 yaşlı Hummels müxtəlif illərdə ölkəsində "Bavariya" və "Borussiya" klublarının şərəfini qoruyub. O, altı dəfə Almaniya çempionluğunu və Superkubokunu, üç dəfə ölkə kubokunu qazanıb. Hummels Almaniya millisinin heyətində 78 oyun keçirib və 5 qol vurub. Futbolçu 2014-cü ildə Braziliyada keçirilən dünya çempionatının qalibi olub
Oxşar xəbərlər
"Roma" Mats Hummelsi transfer edib
"Borussiya"dan ayrılan futbolçu La Liqada oynamaqdan imtina edib
Türk əsilli futbolçu Almaniya millisindəki karyerasını başa vurub
Müller “Bavariya”da keçirdiyi rəsmi oyunların sayına görə rekordçu olub
Braziliya millisinin və "Qalatasaray"ın 41 yaşlı sabiq futbolçu karyerasını başa vurub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













