Azərbaycan Kuboku: Tarixdə ikinci dəfə ən titullu klublar ilk matçlarda uduzublar
sizinxeber.az xəbər saytı

Azərbaycan Kuboku: Tarixdə ikinci dəfə ən titullu klublar ilk matçlarda uduzublar


Azərbaycan Kuboku tarixində ikinci dəfə yarımfinal mərhələsinin ilk oyunlarında turnirin iki ən titullu klubu məğlub olub.

"Sizinxeber.az" Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, sonuncu belə hal 2003/2004 mövsümündə qeydə alınıb.

Həmin vaxt "Neftçi" səfərdə "Bakılı"ya 0:1, "Qarabağ" isə evdə "Şəmkir"ə 1:2 hesabı ilə uduzub.

Ötən gün isə Ağdam təmsilçisi səfərdə "Araz-Naxçıvan"a (0:1), "Neftçi" isə evdə "Sabah"a (1:2) yenilib.

Qeyd edək ki, “Neftçi” 21-ci, “Qarabağ” 20-ci dəfə yarımfinaldadır.

Oxşar xəbərlər

“Neftçi” 20-ci dəfə böyük hesabla məğlub olub
Azərbaycan Kuboku: "Sabah" səfərdə "Neftçi"yə qalib gəlib
Azərbaycan Kuboku: Yarımfinal mərhələsinin ilk oyunlarının vaxtı açıqlanıb
"Qarabağ" cari mövsümdə ilk dəfə bir oyunda 3 top buraxıb
Azərbaycan Kuboku: "Araz-Naxçıvan" "Zirə"ni məğlub edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər